Cenubtv.az xəbər verir ki, bu il ölkədə orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ümumilikdə 61 müəssisə üzrə həyata keçirilib.
Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin sektor müdiri Səbinə Babayeva bildirib ki, kolleclər üçün 25 310 plan yeri ayrılıb və bunlardan 22 071-i dolub.
Qeyd olunub ki, qəbul olanların 85 faizi birbaşa Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən təhsil ocaqlarının payına düşür.
Statistikaya əsasən, son illərdə təhsil müəssisələrinə qəbul olunan qadınların sayı kişiləri üstələməklə yanaşı, artıq dinamika da nümayiş etdirir.





