Cenubtv.az xəbər verir ki, ABŞ-ın aparıcı Nasdaq fond indeksi son hərracların yekunlarına əsasən 5,28 faiz ucuzlaşaraq 22 617,73 bənd təşkil edib.

Bununla da platforma ötən dövr ərzində 1 261,46 bənd itirərək aprel ayının əvvəlindəki göstəricilərinə geri qayıdıb.

Oktyabr ayının əvvəlində 27,5 min bəndlə tarixi rekord qıran indeks cari səviyyədən təxminən 18 faiz yüksək idi.

Təkcə ötən həftə ərzində birjada dövriyyə edən şirkətlərin ümumi bazar kapitallaşması təxminən 4 trilyon dollar azalıb.

Qeyd edək ki, bu geriləmə dövrü “Nvidia”nın rəhbəri Censen Huanqın vəzifəsindən ayrılması və iri şirkətlərin şəbəkələrində baş verən genişmiqyaslı nasazlıq xəbərləri ilə eyni vaxta düşüb.