Cenubtv.az xəbər verir ki, Azərbaycan Dövlət Aqrar Universitetində “Onurplast” və “Azirrigation” qurumlarının tərəfdaşlığı ilə “Ağıllı suvarma və aqrar innovasiyalar” mövzusunda tədbir reallaşdırılıb.

İclasda universitetin prorektoru Əhməd Məlikov, kafedra müdiri Aynur Həsənova, eləcə də şirkət təmsilçiləri Zöhrab Mustafazadə, İlham Mustafayev və Şahin Xəlilov çıxış edərək su ehtiyatlarından səmərəli istifadənin vacibliyini diqqətə çatdırıblar.

Görüş çərçivəsində tələbələr arasında xüsusi müsabiqə baş tutub və gənclər öz innovativ ideyalarını münsiflərə təqdim edərək mükafatlandırılıblar.

Sonda iştirakçılar müasir suvarma texnologiyalarının nümayiş olunduğu sərgiyə baxış keçirərək avadanlıqların iş prinsipləri ilə yaxından tanış olublar.