Cenubtv.az xəbər verir ki, ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsi və Milli Kəşfiyyat Direktorunun İdarəsi elektron sistemlərindən birinin parolunun sındırılması faktını müəyyən edib.
The New York Times qəzetinin mənbələrə istinadən yaydığı məlumata əsasən, kiberhücum kəşfiyyatın ehtiyacları üçün açıq mənbələrdən informasiyaların təhlili məqsədilə istifadə olunan platformaya toxunub.
Hakerlərin hansı bilgiləri əldə edə bildiyi hələlik dəqiqləşdirilməyib. Buna baxmayaraq, nəşrin həmsöhbətləri məxfi məlumatların təhlükə altında olmadığını bildiriblər.
Xatırladaq ki, ötən həftə Federal Təhqiqatlar Bürosunun hüquq pozuntuları bazası olan Cinayət Məlumatı Milli Mərkəzinin də parolunun qırıldığına dair xəbərlər yayılmışdı. Həmçinin, Milli Təhlükəsizlik Agentliyinin daxili kompüter şəbəkəsində nasazlığın yarandığı da məlum olub.





