Cenubtv.az xəbər verir ki, ABŞ Konqresinin Ukraynaya yardım məqsədilə təsdiq etdiyi maliyyə vəsaitinin təqribən 65 milyard dolları hələ də xərclənməyib.

Bu barədə Pentaqon, ABŞ Dövlət Departamenti və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin baş müfəttişlərinin birgə hazırladığı yeni hesabatda məlumat verilib.

Sənədə əsasən, 2022-ci ilin fevral ayından etibarən Vaşinqton tərəfindən müxtəlif yardım proqramlarına ümumilikdə 198,59 milyard dollar ayrıılıb.

Sentyabrın 30-na olan göstəricilərə görə, həmin məbləğin 64,96 milyard dolları gələcək maliyyələşdirmələr üçün əlçatan vəziyyətdədir.

Bununla yanaşı, hesabatda NATO və Avropa İttifaqının 2026-cı ilin üçüncü rübünün sonunadək Kiyevə 239 milyard dollardan artıq yardım edəcəyini öhdəsinə götürdüyü də vurğulanıb.