Cenubtv.az xəbər verir ki, ABŞ Federal Mülki Aviasiya İdarəsi (FAA) aviadispetçerlərin avadanlıqlarında qeydə alınan nasazlıq üzündən ölkə üzrə bütün hava limanlarında uçuşların həyata keçirilməsini dayandırıb.
Sözügedən qərarın təhlükəsizlik tədbirləri və fövqəladə hallar nəzərə alınaraq qəbul edildiyi bildirilib.
Yayılan sənəddə bütün hava limanlarında uçuşlara qadağanın tətbiq olunduğu və hərəkətə başlamalı olan bütün reyslərin əlavə göstərişə qədər yerində qalmalı olduğu vurğulanıb.
FAA tərəf razılaşmasına əsasən, bu məhdudiyyətin bilavasitə uçuşların idarə olunması sisteminin işini çətinləşdirən texniki nasazlıqla bağlı olduğu diqqətə çatdırılıb.





