Cenubtv.az xəbər verir ki, Böyük Britaniya Hərbi Hava Qüvvələri pilotsuz uçuş aparatlarının mümkün hücumlarının qarşısını almaq məqsədilə təyyarələrini gecə vaxtı anqarlara və qorunan sığınacaqlara köçürür.
Məlumata əsasən, hərbi komandanlıq həmçinin uçuş aparatlarının ətrafında xüsusi antidron torlarının quraşdırılması istiqamətində də planlar hazırlayır.
Xatırladaq ki, bundan əvvəl ölkənin şərqindəki Suffolk qraflığında yerləşən və ABŞ hərbçilərinin istifadəsində olan aviabaza üzərində naməlum PUA-lar qeydə alınmışdı.





