Cenubtv.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Macarıstanın Baş naziri Peter Madyarla görüş keçirib və tərəflər energetika sahəsində əməkdaşlıq, ikitərəfli ticarət, humanitar dəstək ilə birgə infrastruktur layihələrini ətraflı nəzərdən keçiriblər.
Danışıqlar zamanı əsas diqqət Ukraynaya qaz və dizel yanacağının təchizatına, həmçinin Macarıstan şirkətlərinin Ukrayna qaz anbarlarından istifadə imkanlarının genişləndirilməsinə yönəldilib.
Bundan əlavə, mövcud sərhəd keçid məntəqələrinin yenidən qurulması, yeni məntəqələrin açılması və Ukrayna ilə Macarıstan arasında yeni marşrutlar üzrə birbaşa qatarların hərəkətə başlaması kimi məsələlər də müzakirə olunub.
Tərəflər humanitar minalardan təmizlənmə prosesinə xüsusi diqqət ayırıblar və bütün müzakirə olunan istiqamətlər üzrə konkret razılaşmalar əldə edərək müvafiq qurumlara tapşırıqlar veriblər.





