Cenubtv.az xəbər verir ki, türkiyəli məşhur aktyor Mehmet Günsür azərbaycanlı izləyicilərinə ünvanladığı xüsusi videomüraciətdə Bakıya səfər edəcəyini açıqlayıb.
Sənətçinin paytaxtımıza gəlişinin əsas məqsədi çəkilişində iştirak etdiyi və baş rolu canlandırdığı "Aşk Tesadüfleri Sever 3" filminin təqdimat mərasimində iştirak etməkdir.
Ekran işinin qala gecəsi noyabrın 27-si saat 19:00-da "Dəniz Mall" ticarət mərkəzində yerləşən "CineMastercard" kinoteatrında baş tutacaq.
Qeyd edək ki, filmdə Özgür obrazını Mehmet Günsür, Mavi obrazını isə Devrim Özkan canlandırır. Orqan nəqli və onun həyatı əhəmiyyətinə həsr olunan ekran əsərindən sonra hər iki aktyor öz orqanlarını bağışlayıb.





