Cenubtv.az xəbər verir ki, Qətərin baş naziri və xarici işlər naziri şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani ölkəsinin ABŞ ilə İran arasında dialoqun bərpasına çalışdığını açıqlayıb.
O bildirib ki, regiondakı gərgin vəziyyət tərəflər arasında hər hansı yeni qarşıdurmanı və ya eskalasiyanı qaldırmağa qadir deyil. Həmçinin Doha Vaşinqtonla müdafiə sahəsində əlaqələrin daha da gücləndirilməsində maraqlıdır.
Qeyd edək ki, Qətər bu ölkələr arasındakı münasibətlərdə mühüm vasitəçi rolunu oynayır. Bir müddət əvvəl isə baş nazir Vaşinqtonda ABŞ-ın dövlət katibi Marko Rubio ilə görüşərək təhlükəsizlik məsələlərini müzakirə etmişdi.





